Tərcümənin həyata
keçirildiyi dillər:
İxtisaslaşmış hüquqşünaslardan ibarət Juris-Prudentia Komandası olaraq, istənilən növ hüquqi sənədlərin peşəkar tərcüməsini həyata keçiririk.
Hüquqi sənədlər dedikdə aşağıdakılar nəzərdə tutulur:
- Müqavilələr, müqaviləyə əlavələr, qiymət razılaşdırma protokolları, alış sifarişləri;
- Təsis sənədləri (nizamnamələr, təsis qərarları, VÖEN, reyestrdən çıxarış);
- Korporativ sənədlər (təlimatlar, siyasətlər, prosedurlar, anketlər, əmrlər, məktublar və s.);
- HR (kargüzarlıq) sənədləri;
- Etibarnamələr;
- Gömrük sənədləri;
- Patentlər, lisenziyalar, əmtəə nişanları;
- Məhkəmə qərarları, əmrləri, qətnamələri, iddia ərizələri, şikayət ərizələri;
- Vergi və maliyyə sənədləri;
- Hesabat və bank sənədləri;
- Qanunvericilik aktları, beynəlxalq sənədlər və standartlar;
- Tender sənədləri;
- Biznes planlar, investisiya sənədləri, biznes layihələri;
- Digər hüquqi sənədlər.
Tərcümənin qiymət cədvəli
Dillər | ||
Azərbaycan, ingilis, rus, fransız |
Vahid | ||
1 səhifə (300 söz) üzrə |
Qiymət | ||
6-8 AZN |
* Daimi müştərilərə xüsusi endirimlər tətbiq olunur.
** Mətnin həcminə uyğun olaraq, sənədlərin tərcüməsinə əlavə endirimlər də nəzərdə tutulur.
*** Ödənişi bank köçürmə və ya nağd şəkildə etmək mümkündür.
Qeyd: Müştərinin sorğusu əsasında tərcümə olunmuş sənədlərin notarial qaydada təsdiqlənməsi, apostil xidmətləri də həyata keçirilir.